RU

İslam Ticarət və İnkişaf Palatasının Baş katibi: KOB-ların inkişafı halal biznes üçün əsas amildir

Bakı, 8 oktyabr, AZƏRTAC

"Azərbaycan kənd təsərrüfatı sahəsində çox zəngin bir ölkədir. Aqrobiznes sahəsinə gəldikdə isə Azərbaycan hələ aqrobiznes nəhənginə çevrilməyib".

AZƏRTAC xəbər verir ki, bunu İslam Ticarət və İnkişaf Palatasının (İCCD) Baş katibi Yusif Halavi Azərbaycan Halal Biznes və Turizm Forumunun "Qlobal halal sənayenin formalaşmasında Kiçik və Orta Sahibkarlığın (KOS) rolu" adlı sessiyada çıxış edərkən deyib.

Y.Halavi qeyd edib ki, Azərbaycanın aqrobiznes vasitəsilə kənd təsərrüfatına inkişafına böyük dəstək vermək imkanları mövcuddur. O bildirib ki, bunun üçün strategiyalar işlənib hazırlanmalıdır:

"Bütün dünyada ən inkişaf etmiş və az inkişaf etmiş ölkələrdə iqtisadiyyatın əsas bel sütununu kiçik və orta biznes (KOB) sahəsi təşkil edir. KOB-ların bir çoxu qeyri-rəsmi şirkətlərdir ki, onlar müvafiq olaraq qeydiyyatdan keçməyiblər. Dünyada qeydiyyatdan keçmiş şirkətlərin yalnız 0,1 və ya 0, 01 faizini KOB- lar təşkil edir. Qeyd edim ki, KOB-ların inkişafı halal biznes üçün əsas amildir", - deyə Y.Xalavi vurğulayıb.

 

 

Избранный
10
azertag.az

1Источники