RU

Nazirliklər niyə zənglərə cavab vermir? - Sorğunun nəticələri

Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.

Mia.az xəbər verir ki, monitorinqin nəticələrinə əsasən İqtisadiyyat Nazirliyinin stasionar nömrələrinə günün birinci və ikinci yarısında edilən zənglərin 63.6%-nə cavab verilib, 36.4%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta müddət 6 saniyə, günün ikinci yarısında 5 saniyə olub. Qaynar xəttə günün birinci və ikinci yarısında edilən bütün zənglər yüksək operativliklə cavablandırılıb. Günün birinci yarısında zənglərə cavab vermə üzrə 7 saniyə, günün ikinci yarısında 6 saniyə orta müddət qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin stasionar nömrələri üzrə cari monitorinq nəticələrinə əsasənsözügedən kommunikasiya xəttinə günün birinci və ikinci yarısında edilən zənglərin 50.0%-nə cavab verilib, 50.0%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 41 saniyə, günün ikinci yarısında 39 saniyə olub.

Избранный
7
34
mia.az

10Источники