RU

Ərdoğan Netanyahunu yenə də ona bənzətdi: Müqayisə bu dəfə daha sərt oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerə bənzədib və “dünyanın onu dayandıra biləcəyinə” əmin olduğunu bildirib.

Publika.az xəbər verir ki, Ərdoğan bu barədə sosial şəbəkədə yazıb.

“Bir vaxtlar Hitler bəşəriyyətin kollektiv səyləri ilə dayandırıldığı kimi, Netanyahu da onun qətlləri ilə birlikdə dayandırılacaq. Gec-tez İsrail bir ildir həyata keçirdiyi soyqırımın əvəzini ödəyəcək. 365 gün əvvəl 50 min bacı-qardaşımız sağ idi, onları vəhşicəsinə qətlə yetirildilər.

Əksəriyyəti uşaq və qadınlar idi. Qəzzada xəstəxanalar, müxtəlif dinlərin ibadət yerləri, məktəblər dağıdılıb. Artıq çox sayda jurnalistimiz, qeyri-hökumət təşkilatlarımızın nümayəndələri, sülh səfirlərimiz yoxdur”, - Ərdoğan sosial şəbəkədə qeyd edib.

Избранный
4
publika.az

1Источники