2024-cü il Fizika üzrə Nobel Mükafatı laureatları məlum olub. Yeniavaz.comxəbər verir ki, bu barədə mükafatın rəsmi sosial media hesablarında məlumat dərc olunub. “İsveç Kral Elmlər Akademiyası 2024-cü il Fizika üzrə Nobel Mükafatını süni neyron şəbəkələri ilə maşın öyrənməsinə imkan verən təməl kəşflər və ixtiralara görə Con Hopfild və Coffri Hintona vermək qərarına gəlib”, - məlumatda deyilir.