RU

Ermənistan MDB-nin iş prinsipini pozur- ÖZƏL

"MDB nazirlər şurasının iclasında Ermənistan Avrasiyada "Təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında" və "Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında" bəyannaməyə qoşulmayıb. Ümumiyyətlə, Ermənistan hökumətinin strateji hədəfi Rusiyanın moderator olduğu layihələrdən çıxmaqdan ibarətdir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Rəsmi Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)  iştirakını de-fakto dayandırıb. Avrasiya İttifaqı Təşkilatının Bəyannaməsini baykot edib. Məhz Ermənistan MDB iclaslarında iştirak etməklə, bu təşkilatın fəaliyyətini və iş prinsipini pozmaq siyasəti həyata keçirir. Demək olar ki, Ermənistan MDB daxilində qəbul edilən siyasi sənədlərə imza atmır. Bununla da  Qərblə əməkdaşlığa sadiq olduğunu göstərir. 

Növbəti ildən Baş naziri Nikol Paşinyan həm MDB-dən, həm də KTMT çıxmaq istiqamətində siyasi proseslərə başlayacaq. Məhz təşkilatın bəyannaməsinə qoşulmamaqla bunu ortaya qoymuş oldu. Ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyi (MDB) öz funksionallığını itirib. Bu təşkilatın parçalanmasi Moskvanın üzv ölkələrə qarşı siyasi təzyiq və digər motivdə həyata keçirdiyi tədbirlərdən  irəli gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
32
olaylar.az

10Источники