RU

Fizika üzrə Nobel mükafatı laureatları məlum oldular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü il Fizika üzrə Nobel Mükafatına ABŞ-li alim Con Hopfild və Britaniya-Kanada alimi Ceffri Hinton layiq görülüblər.
Bu barədə Oxu.Az DW.com-a istinadən xəbər verir.
İsveç Kral Elmlər Akademiyasının bu qərarı oktyabrın 8-də İsveçin paytaxtında Nobel Komitəsi tərəfindən elan edilib.
Məlumata görə, Con Hopfild və Ceffri Hintona mükafat süni neyron şəbəkələrindən istifadə edərək maşın təliminin əsasını təşkil edən fundamental kəşflərə və ixtiralara görə verilib.
Qeyd edək ki, ümumilikdə, 1901-ci ildən bəri fizika üzrə Nobel mükafatı 117 dəfə verilib və 224 nəfər onun laureatı olub. Mükafatın məbləği 11 milyon İsveç kronu (təxminən 825 min avro) təşkil edir.
Избранный
24
2
oxu.az

3Источники