RU

Məmmədyarov və Rəcəbov Londonda yenidən qarşılaşa bilər

Bakı. Trend:

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov növbəti görüşlərinioktyabrın 10-da Londonda keçirə bilərlər.

Trendİdman.biz-əistinadən xəbər verir ki, məhz həmin gün Azərbaycan şahmatçılarınınçıxış etdiyi Qlobal Şahmat Liqasında “Alaskan Knights” və “TriveniContinental Kings” komandaları arasında IX turun oyunukeçiriləcək.

Qeyd edək ki, komandalar arasında ilk turun görüşü “AlaskanKnights”ın xeyrinə başa çatıb və Məmmədyarov üçüncü lövhədəRəcəbovdan güclü olub. Şəhriyarın klubu turnirə başçılıq edir,Teymurun komandası isə üçüncüdür.

Избранный
7
3
az.trend.az

4Источники