RU

"Ethereum"u satıb, bu altkoini aldı - Milyon dollar qazandı

İnvestorların kriptovalyuta sənayesində altkoinlərə marağı davam edir. 

Valyuta.az-ın məlumatına görə, altkoinlər hələ də gözlənilən kəskin artımı əldə edə bilməsələr də, aşağı bazar dəyəri olan bəzi kripto aktivlərinin nəhəng sıçrayışları investorlara böyük gəlir gətirir.

Müvəffəqiyyətli zəncirli məlumat təminatçısı "Look On-Chain", bir kripto treyderinin 47.000 dollarlıq "SPX" investisiyasının son 3 ayda 1.27 milyon dollara çatdığını aşkar edib.

Mövzu ilə bağlı mütəxəssislərin verdiyi son məlumatlarda deyib ki, "Dimethyltryptamine.eth" adlı kriptovalyuta treyderi 90 gün əvvəl 3,64 milyon "SPX" almaq üçün 15,6 ETH (47,000 dollar) xərcləyib.

Hazırda bu "SPX"lərin dəyəri 1,27 milyon dollardır. Uğurlu treyder cəmi 3 ay ərzində" SPX"də 26 dəfə daha çox gəlir əldə edib.

"Pepe" və "SPX" adlı altkoinlərdə böyük qazanc əldə etməyi bacaran bu kripto treyder qarşıdakı dövrdə də fərqli investisiyalardan oxşar qazanc əldə edə bilər.

Əvəz Həsənov

Избранный
12
valyuta.az

1Источники