RU

“Türktransplant” sisteminin yaradılmasında məqsəd TDT ölkələri vətəndaşlarının müəyyən tibbi xidmətlərə əlçatanlığının artırılmasıdır

“Türktransplant”

Şuşa, 8 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan vahid “Türktransplant” informasiya sisteminin yaradılması ilə bağlı təklifi ötən il Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin Səmərqənddə keçirilən görüşündə irəli sürüb.

Bu sistemin yaradılmasında məqsəd 160 milyona yaxın əhalisi olan geosiyasi məkanın vətəndaşları üçün müəyyən tibbi xidmətlərə əlçatanlığın artırılmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Şuşada jurnalistlərə açıqlamasında deyib.

Teymur Musayev bildirib ki, Avropada transplantologiya üzrə təsisat mövcuddur: “Düşündük ki, həmin təsisatın analoqu Türk Dövlətləri Təşkilatı çərçivəsində də yaradıla bilər. İlkin mərhələdə bu, vahid informasiya mərkəzi ola bilər”.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər birində genişmiqyaslı rəqəmsallaşma prosesinin getdiyini xatırladan Azərbaycanın səhiyyə naziri bildirib ki, qardaş ölkələrin vətəndaşlarının digər ölkələrdə istədikləri tibb xidmətləri əldə etmələri üçün məlumatların ötürülməsi vahid rəqəmsal standartların üzərindən aparılmalıdır. “Bu baxımdan bu, strateji əhəmiyyət kəsb edən məsələdir. Aidiyyəti mütəxəssislər bir araya gələrək bu standartları müəyyənləşdirəcəklər. Növbəti mərhələdə ümumiyyətlə vahid vətəndaş sağlamlıq bazasının yaradılmasına təkan veriləcək”, - deyə o əlavə edib.

Избранный
9
2
azertag.az

3Источники