RU

"Niyə də bundan həzz almayaq?" - Vircil van Deyk

"Liverpul"un kapitanı Vircil van Deyk komandasının yeni baş məşqçi Arne Slotun rəhbərliyi altında mövsümə uğurlu start verməsindən danışıb.

Fanat.Az-ın məlumatına görə, "qırmızılar"ın rəsmi saytı niderlandlı futbolçunun sözlərini belə çatdırıb:

"Hər komandanın öz gözləntiləri, öz hədəfləri var. Kənardan baxanların haqqımızda nə düşündüyü bizə az fərq edir. Mükəmməlləşmək, sona qədər döyüşmək, qələbələr qazanmaq, uğurlu olmaq istəyirik. Öz hədəflərimizə köklənmişik. Hə, çox xal yığmışıq, amma daha artığına nail olmaq istəyirik. Beynəlxalq fasilədən sonra oyun qrafikinin necə sıx olacağının fərqindəyik. Ancaq niyə də bundan həzz almayaq? Fasilənin başa çatmasını səbirsizliklə gözləyirəm. Məncə, "Liverpul"la əlaqəsi olanların hamısı bu fikirdədir".

Nihat

Избранный
11
fanat.az

1Источники