RU

BFB: Dövlət müəssisələri əvvəlcə istiqraz, daha sonra isə səhm buraxmalıdır

Dövlət müəssisələrinin kapital bazarı ilə təması birbaşa səhm buraxmaqla deyil, istiqraz buraxmaqla olmalıdır.

Bunu "Report" açıqlamasında "Bakı Fond Birjası" QSC-nin (BFB) baş kommersiya inzibatçısı Oqtay Qasımov bildirib.

"İstiqraz buraxılışı bir təcrübədir. Yəni, müəssisə əvvəlcə istiqraz buraxır, investorların ona qarşı marağı və etibarı formalaşır. Bir müddət bazarda olduqdan sonra səhm buraxılışı barədə düşünmək olar və bu, daha düzgün inkişaf yoludur. Bu gün istiqrazlar üzərindən kapital bazarında iştiraka böyük maraq var", - deyə o qeyd edib.

"Hazırda dövlət müəssisələrindən İPO-ya çıxmaqla bağlı müraciətlər yoxdur, çünki bazar inkişaf mərhələsindədir. Bu da normal bir prosesdir. Hələ ki, emitentlərin qapısıına biz gedirik, amma inanıram ki, bir neçə uğurlu nümunə olandan sonra digərləri də səhm buraxmağa, bazarın üstünlüklərindən faydalanmağa çalışacaqlar. Burada bizim üzərimizə ancaq maarifləndirmə düşür, biz də mütəmadi olaraq potensial emitentlərə bu üstünlükləri aşılayırıq", - deyə birja rəsmisi əlavə edib.

Oqtay Qasımov
Избранный
3
2
far.az

3Источники