RU

“Türktransplant” informasiya sisteminin yaradılması təklifini Azərbaycan irəli sürüb - Teymur Musayev

Vahid "Türktransplant" informasiya sisteminin yaradılması ilə bağlı təklifi Azərbaycan ötən il Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin Səmərqənddə keçirilən görüşündə irəli sürüb.

Day.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Teymur Musayev bildirib ki, "Türktransplant" sisteminin yaradılmasında məqsəd 160 milyona yaxın əhalisi olan bir geosiyasi məkanın vətəndaşları üçün müəyyən tibb xidmətlərinə əçatanlığının artırılmasıdır.

"Avropada transplantologiya üzrə bir təsisat mövcuddur. Düşündük ki, həmin təsisatın analoqu Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradıla bilər. İlkin mərhələdə məhz vahid informasiya mərkəzidir. Mahiyyəti vahid donorlar və resepiyentlər məlumat bazasının formalaşmasıdır. İlkin mərhələdə sümük iliyi transplantasiyası mümkünlüyünü gerçəkləşdirən bir vahid informasiya məkanı yaradılır.

Əhalisinə görə ölkələrdə donor sayı kifayət qədər fərqlənir. Amma ehtiyacı olan insanların sayı kifayət qədərdir. Belə bir vahid sistemin olması çarpaz transplantasiya imkanı yaradır. İnanırıq ki, gələcəkdə bu vahid orqanlara da şamil olunacaq".

Qeyd edək ki, Şuşada Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalanıb.

Избранный
2
1
day.az

2Источники