RU

“Heyvan kimi gəzirlər” – Lavrovdan Mirzoyana reaksiya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyan və Ermənistanın Rusiya Federasiyasındakı səfiri Qurgen Arsenyandan respublikada kvadroberlərin olub-olmadığını soruşub.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Sizin kvadroberləriniz var? Uşaqlar it kimi geyinirlər. Bu, ən vacib məsələlərdən biridir. Heyvan kimi gəzirlər və s., – Lavrov Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdən əvvəl erməni diplomatlara deyib.

Mirzoyan isə cavabında bu barədə məlumatlı olduğunu bildirib: “Mən bunu görmüşəm, amma fenomenin özü tanış deyil”.

Qeyd edək ki, kvadrobinq heyvanların hərəkətlərini və vərdişlərini təqlid etməyi əhatə edən uşaqlar və yeniyetmələr arasında məşhur bir subkulturadır.

Избранный
10
1
moderator.az

2Источники