RU

PAŞİNYAN YENƏ İMTİNA ETDİ... – Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib

“Əl-Qaidə”nin qurucusu Usamə bin Ladenin oğlu Fransadan deportasiya edilib, o, illərdir Normandiya kəndində təbiət rəsmləri çəkib. Lakin sosial mediada terrorizmi tərifləyən şərhlər yazdıqdan sonra geri qayıtması qadağan edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə daxili işlər naziri Bruno Retalleau “X” sosial platformada paylaşım edib.

Nazir Ömər bin Ladenin Fransaya girişini qadağan edən sərəncam imzalayıb və bin Laden daha əvvəl deportasiya edilib. O, deportasiyanın vaxtı və bin Ladenin hara göndərilməsi barədə heç bir məlumat verməyib: Bir neçə il Britaniya vətəndaşının həyat yoldaşı kimi Orn bölgəsində yaşayan bin Laden 2023-cü ildə sosial şəbəkələrində terrorizmi tərifləyən şərhlər yazıb. İnzibati qadağa bin Ladenin heç bir səbəbdən Fransaya qayıda bilməməsini təmin edir.

Yerli həftəlik “Le Publicateur Libre” qəzetinin yazdığına görə, bin Laden 2011-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülən atasının ad günü ilə bağlı sosial şəbəkədəki paylaşımı ilə Fransa hakimiyyətinin diqqətini çəkib.

Qəzet 2023-cü ilin iyul ayında polisin Normandiyanın Domfort kəndində Bin Ladeni axtardığını bildirib.

SƏMLA

AzPolitika.info

Избранный
22
azpolitika.info

1Источники