RU

“Bu istiqamətdə geri çəkilə bilərik” – Ukraynalı analitik

Toretsk şəhəri uğrunda gedən döyüşlərdə elə şərait yarana bilər ki, Ukrayna Müdafiə Qüvvələri məcbur geri çəkilməli olar.

“AzPolitika” xəbər verir ki, bunu ukraynalı hərbi analitik, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Hetman “Radio NV”-nin efirində deyib.

O, Toretskdə küçə döyüşləri haqqında danışarkən qeyd edib ki, bu proses uzun müddət davam edə bilər.

“Orada müxtəlif səviyyələrdə döyüşlər var və hər bir ev şərti qala kimi istifadə edilə bilər. Bizim əks-hücumlarımız daha çox atəş mövqelərinin qaytarılmasına heablanıb", - Hetman qeyd edib.

Bu döyüşlərin Toretskdə necə başa çata biləcəyindən danışan ekspert qeyd edib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin müəyyən ehtiyatlarının - döyüş əməliyyatları üçün lazım olan mərmilərin və digər vasitlərin kifayət qədər olub-olmayacağından və nə qədər böyük olmasından asılıdır.

Hetman Ukrayna Silahlı Qüvvələrinin Toretskdə öz mövqelərini müdafiə edə biləcəyinə ümid etdiyini bildirib: “Əgər düşmən bizdən əhəmiyyətli dərəcədə üstün olarsa, Ukrayna Silahlı Qüvvələri Toretsk istiqamətindən geri çəkilməli olacaq. Hələlik, düşmən çox güclü təzyiq göstərir və güc və hərbi vasitə baxımından əhəmiyyətli dərəcədə bizdən üstündür. Necə edək? Biz yenə də səfərbərlik məsələsini qaldırırıq və əlbətdə ki, silahlar daha çox olmalıdır ki, artilleriya atışlarının sayı artsın”.

“AzPolitika.info”

Избранный
27
azpolitika.info

1Источники