RU

Mark Zukerberq xanımı üçün xüsusi “Porsche” hazırlatdı – FOTO

Amerikalı milyarder, “Meta”nın rəhbəri Mark Zukerberq həyat yoldaşı Prisçilla Çana xüsusi avtomobil hədiyyə edib.

 

NOCOMMENT.az xəbər verir ki, o bu haqda öz “Facebook” hesabında paylaşım edib.

 

Zukerberq xanımının istəyi ilə unikal “Porsche Cayenne Turbo GT” dizayn etdirib. Avtomobil sürüşmə qapılarla təchiz olunub. Maşının qiymətinin 200 min dollardan çox olduğu bildirilir.

 

Qeyd edək ki, 2012-ci ildə ailə quran cütlüyün 3 qızı var.

 

Избранный
6
1
nocomment.az

2Источники