RU

Bu qəsəbədə 5 gündür su yoxdur

Magistral içməli su xəttinin Zabrat qəsəbəsindən keçən hissəsində çökmə baş verdiyinə görə təmir işləri aparılır. Bu səbəbdən Z.Tağıyev, Müşfiqabad, 28 May, Güzdək qəsəbələrinə su təchizatı dayandırılıb.

Bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

“Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür”, - o əlavə edib.

Qeyd edək ki, bir neçə gündür Zeynalabdin Tağıyev, Müşfiqabad, 28 May və Güzdək qəsəbələrində suyun verilişi dayandırılıb.

Избранный
10
2
news365.az

4Источники