RU

Lavrov və Mirzoyan "kvadrober"ləri müzakirə ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kremldə MDB dövlət başçılarının sammiti ərəfəsində Rusiya və Ermənistan prezidentləri arasında danışıqlardan əvvəl iki ölkənin xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan gənclər arasında populyarlıq qazanan "kvadrober" hərəkatı haqqında danışıblar.
Oxu.Az xəbər verir ki, iki ölkənin XİN rəhbərinin müzakirəsi Rusiya "Telegram" kanallarında yayılıb.
Belə ki, S.Lavrov ermənistanlı həmkarından "kvadrober" hərəkatı barədə soruşub:
"Sizdə "kvadrober"lər var? Uşaqlar it qiyafəsində olurlar. Bu hazırda əsas xəbərlərdən biridir. Onlar heyvan kimi gəzirlər", - deyə S.Lavrov vurğulayıb.
Öz növbəsində A.Mirzoyan yeni hərəkatdan xəbərdar olduğunu təsdiqləyib.
Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arsenyan isə əlavə edib ki, artıq "kvadrober"lər Avropada özlərini "cins" kimi müəyyənləşdirirlər.
Məlumat üçün əlavə edək ki, "kvadrober"lər hərəkatı Avropa ölkələrində, xüsusən, gənclər arasında populyarlıq qazanıb. "Kvadrober"lər heyvanların hərəkət və vərdişlərini təqlid edirlər.
Избранный
36
1
oxu.az

2Источники