RU

Şimali Koreya Rusiya üçün Ukraynaya qoşun göndərə bilər

Şimali Koreya Rusiya üçün Ukraynaya qoşun göndərə bilər

Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun bəyan edib ki, Şimali Koreya Rusiyaya dəstək üçün Ukraynaya qoşun göndərə bilər."Yonhap"ın məlumatına görə, müdafiə naziri Kim parlamentdəki açıqlamasında Şimali Koreyanın iki ölkə arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq sazişinə uyğun olaraq Rusiyaya dəstək vermək üçün Ukraynaya qoşun yeridə biləcəyini bildirib.“Rusiya və Şimali Koreya hərbi alyansa bənzər qarşılıqlı saziş imzaladıqları üçün belə bir yerləşdirmənin mümkünlüyü kifayət qədər yüksəkdir”, - Kim deyib.Kim həmçinin qeyd edib ki, Ukraynanın Donetsk vilayətində baş verən qarşıdurmalar zamanı Ukraynanın raket hücumu nəticəsində 6 Şimali Koreya əsgərinin həlak olması xəbəri doğru ola bilər.Mənbə: AA

Избранный
4
1
afn.az

2Источники