İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalında yerləşən Salah əd-Din əyalətində fəaliyyət göstərən “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının liderlərindən birini öldürüb.
Viral.az xəbər verir ki, bu barədə İraqın İNA agentliyi Vahid Əməliyyat Komandanlığının bəyanatına istinadən məlumat yayıb.
“İraq Hərbi Hava Qüvvələrinin hücumundan sonra Salah əd-Din əyalətindəki rayonlardan birində İŞİD üzvü olan 4 terrorçunun meyiti aşkarlanıb”, – məlumatda bildirilib.
Son Yazılar:
- İŞİD liderlərindən biri ÖLDÜRÜLDÜ
- Mbappe sentyabr ayı üçün “Real”ın ən yaxşı futbolçusu SEÇİLDİ
- Sosial və ənənəvi medianın: oxşar, fərqli, müsbət və mənfi… tərəfləri
Meyitlərin identifikasiyası zamanı öldürülənlərdən birinin İŞİD tərəfdarlarının “Salah əd-Din əyalətinin qubernatoru” adlandırdığı Əbu Ömər əl-Qureyşi olduğu məlum olub.