İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalında yerləşən Salah əd-Din əyalətində fəaliyyət göstərən "İraq Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının liderlərindən birini məhv edib.
Sitat.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.
Birgə Əməliyyatlar Komandanlığının bəyanatında deyilir ki, İraq Hərbi Hava Qüvvələrinin hücumundan sonra Salah əd-Din bölgəsində İŞİD üzvü olan dörd terrorçunun cəsədi aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyən edilməsi zamanı məlum olub ki, öldürülənlərdən biri "İŞİD tərəfdarları arasında "Salah əd-Din əyalətinin qubernatoru" adlandırılan Əbu Ömər əl-Qureyşidir.