RU

Ermənistan Rusiyanın "Avrasiyada Təhlükəsizlik prinsiplərini " imzalamadı...

Image

İlyas Hüseynov: “Belə görünür ki, Ermənistan öz yeni siyasi patronlarının “qırmızı cizgilərini” aşmır və ehtiyatlı davranır” 

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) oktyabrın 7-də keçirilən iclasında qəbul edilmiş “Avrasiya təhlükəsizliyinin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” bəyanatlara qoşulmayıb. 

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

MDB İcraiyyə Komitəsinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, oktyabrın 7-də keçirilən iclasda MDB ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri “Birtərəfli münasibətlərdən istifadənin yolverilməzliyi haqqında” birgə bəyanat qəbul ediblər. Sənəd “Məhdudlaşdırıcı tədbirlər” kimi ölkələrə onları qəbul etməkdən, yaymaqdan və tətbiq etməkdən çəkinməyi tövsiyə edir. Bundan başqa, icraiyyə komitəsinin saytında dərc olunan digər məlumatda “Avrasiya təhlükəsizliyinin təmin edilməsi prinsipləri haqqında” daha bir bəyanat qəbul edilib.

“Avrasiya təhlükəsizliyi ilə bağlı prinsiplərin imzalanmaması da bütövlükdə MDB məkanında Ermənistana qarşı...”

Ermənistan Rusiyanın daha bir təhlükəsizlik modelindən imtina etdi. Buna şərh verən politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə “Qeyd etmək lazımdır ki, Ermənistan öz geosiyasi seçimini artıq edib və daha çox Qərblə əməkdaşlıq niyyətini ifadə edir. Baxmayaraq ki, Rusiyanın Ermənistanda 102-ci hərbi bazası mövcuddur, Ermənistan Kollektiv  Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Avrasiya İqtisadi Birliyinin üzvüdür. Amma belə görünür ki, Ermənistan öz yeni siyasi patronlarının “qırmızı cizgilərini” aşmır və ehtiyatlı davranır. Çünki çalışır ki, onların tələblərini yerinə yetirsin və Avrasiyada təhlükəsizlik prinsipləri ilə bağlı xarici işlər nazirlərinin toplantında sənədi imzalamaqdan imtina edib. Bundan əvvəl də KTMT ilə bağlı mühüm sənəd imzalananda Ermənistanın Baş naziri Nikol Paşinyan bundan imtina etdi və bu da böyük bir qalmaqla səbəb oldu. Mənə elə gəlir ki, Avrasiya təhlükəsizliyi ilə bağlı prinsiplərin imzalamaması bütövlükdə MDB məkanında Ermənistana qarşı fikirləri daha da genişləndirəcək. Ermənistan addım-addım MDB-dən və Avrasiyaçılıq ideyasından uzaqlaşmaq yolunu tutub”-deyə bildirdi.

İ.Hüseynov əlavə etdi ki, Ermənistan buna doğru da addımlar atır. İ.Hüsenovun sözlərinə görə, Ermənistanın davranışalrında bu siyasi xətt aydın sezilir: “Ermənistan üçün əsas məqsəd bu gün Avrointeqrasiya və bu siyasi sistemin doğurduğu nəticələrdir”.

İradə SARIYEVA





Избранный
12
baki-xeber.com

1Источники