RU

Rusiyada məşhur mesajlaşma proqramına qadağa qoyulub - Səbəb

Rusiyada məşhur mesajlaşma proqramı "Discord"a qadağa qoyulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyi (Roskomnadzor) qərar verib.

Qərarda göstərilir ki, mesajlaşma və sosial media tətbiqi "Discord" qanunun tələblərə cavab vermir: "Burada terrorçu və ekstremist məqsədlər üçün istifadə olunmaqla yanaşı, vətəndaşlar aldadılır, narkotik vasitələrin satışı və qeyri-qanuni məlumatların yayılmasına şərait yaradılır. Bu səbəblərə görə ölkə ərazisində bloklanmasına qərar verilib".

Lamiyə Əhmədli

MİA.AZ

Избранный
30
1
mia.az

2Источники