RU

"Bitcoin"in yaradıcısı bu gün açıqlana bilər

HBO sənədli filmi" Bitcoin"in sirli yaradıcısının kimliyini açıqlaya bilər.

Valyuta.az-ın xəbərinə görə, "Bitcoin"in yaradıcısı kimi tanınan Satoshi Nakamotonun kimliyinin HBO-nun yeni sənədli filmində üzə çıxdığı iddia edilib.

Bu gün nümayiş olunacaq sənədli filmdə" Bitcoin"in arxasındakı sirrin açıqlanacağı deyilir. 

"Emmy"nin namizədi Cullen Hoback tərəfindən çəkilən bu sənədli film, Satoshi Nakamotonun kimliyini ortaya qoyduğunu iddia edərək kripto dünyasında böyük bir həyəcan yaradıb.

Bu iddialar doğru olarsa, dünya maliyyə bazarlarında və hətta ABŞ prezident seçkilərində böyük əks-səda doğura bilər.

Əvəz Həsənov

Избранный
26
valyuta.az

1Источники