RU

Sanksiya siyasətinin mövcud olmağa haqqı yoxdur - Prezident İlham Əliyev

Sanksiya siyasətinin, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusən də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” kanalına Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı suala cavab verərkən bildirib.

“Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”, - dövlət başçısı vurğulayıb.

İlham Əliyev ABŞ-nin Azərbaycana qarşı sanksiyalar siyasətini tənqid edib.

Избранный
5
23
aznews.az

10Источники