RU

''Benfika''da daha bir türkiyəli futbolçu peyda ola bilər

''Benfika''qa qarşıdakı dönəmdə türkiyəli futbolçuların sayı arta bilər.

Məlum olduğu kimi hazırda Lissabon nəhəngində Türkiyə yığmasının iki üzvü - Kərəm Aktürkoğlu ilə Orkun Kökçü çıxış edir. Portuqaliya mətbuatının iddiasına görə ''Qartallar'' İndi də ''Fənərbaxça''lı İsmayıl Yüksəkə ciddi maraq göstərir. ''Benfika''nın yeni baş məşqçisi Bruno Laje ötən ay Türkiyə - Monteneqro oyununda Kərəmi izləyərkən İsmayılın da meydanın mərkəzindəki inamlı oyununa heyran qalmışdı. O, rəhbərlikdən bu futbolçunun transfer edilməsini istəyib.

Şayiələrə inansaq,''Benfika'' İsmayıla görə 10 milyon avro ödəməyə hazırdı. Dayaq yarımmüdafiəçisi qismində oynayan 25 yaşlı futbolçu mövsümə yaxşı başlasa da, son oyunlarda inamsız təsir bağışlayıb. O son matçlarda ya sonradan meydana daxil olur, ya da fasilədə əvəzlənir. Belə güman olunur ki, həmin mövqedə oynayan Sofian Amrabatın transferi psixoloji cəhətdən İsmayıla təsir edib. Ona görə də qış transfer dönəmində onun ''Benfika''ya keçidi sürətlənə bilər. Portuqaliyalılar bu futbolçunu diqqət mərkəzində saxlamaqda davam edirlər.

''Fənər''lə 2027-yə qədər müqaviləsi olan İsmayıl indiyə qədər 91 rəsmi oyunda forma geyərək 2 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Onun hazırda transfer dəyəri 14 milyon avrodu.

ƏLİ

Избранный
21
1
football-plus.az

2Источники