RU

Moskva hava limanında uçuşlara məhdudiyyət…

Rusiyanın Moskva şəhərinin Vnukovo hava limanında uçuşlarla bağlı tətbiq olunan məhdudiyyət ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Vnukovo mətbuat xidmətindən bildirilib.

“Saat 18:11-dən 18:33-dək və 19:39-dan 20:25-dək hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bununla əlaqədar, uçuş cədvəlində dəyişiklik edilib. Hazırda Vnukovo Beynəlxalq Hava Limanı adi rejimdə işləyir”, – məlumatda qeyd olunub.

Hava limanında hansı səbəbdən məhdudiyyət tətbiq edildiyi barədə məlumat verilməyib.

Избранный
3
5
konkret.az

6Источники