RU

Bakıda bu gün 26 dərəcə isti olacaq

Ölkə ərazisində bu gün arabir yağış və 28 dərəcə isti proqnozlaşdırılır. 

Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda gecə 15-19° isti, gündüz 22-26° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan, dolu düşəcəyi ehtimalı var.

Temperatur gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacaq.

Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək.


Bizim.Media

Избранный
10
50
bizim.media

10Источники