RU

Qohumlarını öldürən ata və oğlu qərardan şikayətçidirlər

Yardımlıda əmisi və əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Kənan Nuroğlu və atası Nürəddin Kərimovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. 

 
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
 

Qeyd: Tərəflər arasında mübahisə Nürəddin Kərimov və oğlu Kənanın kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən baş verib. Belə ki, qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin əraziyə gələrək etirazlarını bildiriblər. Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxardıb hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Nuroğlu ömürlük, Nürəddin Kərimov isə 17 il müddətə azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib. 

 

Kamal Məmmədov

Tarix: 9 Oktyabr 2024, 08:57   
Избранный
26
pravda.az

1Источники