RU

Türkiyənin Qazaxıstana dəri məhsulları ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Qazaxıstanadəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faizazalaraq, 32,6 milyon dollara bərabər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Qazaxıstana 7,4 milyon dollarməbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabrayı ilə müqayisədə 84,6 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənindəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,3faiz azalaraq, 1 milyard 167 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 132 milyon dollar məbləğindədəri məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı iləmüqayisədə 16,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024)Türkiyə 1 milyard 541 milyon dollar məbləğində dəri məhsullarıixrac edib.

Избранный
8
39
az.trend.az

10Источники