RU

Cənubi Qafqazda yolların açılması yalnız Moskvanın iştirakı ilə mümkündür –Rusiya baş nazirinin müavini

Ermənistan 2020-ci ildə Moskva, Bakı və İrəvan tərəfindən imzalanan Üçtərəfli Bəyanatdan rəsmən öz imzasını geri götürməyib.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. O həmçinin deyib ki, eyni zamanda, təxminən il yarımdır ki, regionda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupu çərçivəsində heç bir irəliləyiş yoxdur.

“Ermənistan rəsmi olaraq üçtərəfli bəyanatdan geri çəkilməyib və imzasını da geri götürməyib. Lakin eyni zamanda, iki ildir ki, baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda heç bir hərəkət yoxdur”– deyə “Birinci Kanal”a şərhində vurğulayıb.

Eyni zamanda, Overçukun sözlərinə görə, regionda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.

Azpost.info

Избранный
15
azpost.info

1Источники