RU

"Tiktokda söyüş belə çəkisini itirib"

"O gün baxıram ki, tiktokda çox insan biri-birinə rahatlıqla söyüş söyür. Fikirləşirəm ki, artıq söyüş belə sambalını, mahiyyətini, çəkisini itirib".

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. O, sosial şəbəkələrdə insanların artıq söyüşə əhəmiyyət vermədiyini bildirib:

"Əvvəl kimsə birinə nakişi deyəndə onu o qədər düşünürdü, ölçürdü ki, qarşısındakı insan bu sözə layiqdirmi. İndi yeri gəldi-gəlmədi kimsə post paylaşanda, biri kiminləsə görüşəndə söyüş söyürlər. Söyüş belə çəkisini itirib. Heç kim artıq söyüşə əhəmiyyət vermir".

Избранный
3
7
musavat.com

8Источники