RU

Türkiyədə Discorda qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyədə Discord və Telegram sosial media platformalarında uyğunsuz və cinayət xarakterli məzmun yayan şəxslərə qarşı əməliyyat keçirilərək, 2 gənc saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında açıqlayıb.

Saxlanılanlardan biri, B.T. adlı gənc, Discord platformasında ittiham xarakterli videoları redaktə etdiyi aşkarlanıb. Digər saxlanılan şəxs isə, A.D.C. adlı gənc, Telegram platformasında "Hz Əbu Cehil" adlı qrupda uşaq istismarı və zorakılığı , polisə və şəhidlərə yönəldilmiş təhqir, dini dəyərləri alçaltmaq kimi paylaşımlar edib.

Nazir Yerlikaya, hər iki uşağın ifadələrinin psixoloqun müşayiəti ilə Respublika Prokurorluğu tərəfindən alınacağını bildirib.

O, milli və mənəvi dəyərləri təhqir edən, cinsi zorakılıqla məşğul olan və cəmiyyətdə nifrət və düşmənçilik yaymağa çalışan şəxslərə qarşı sərt tədbirlər görüləcəyini vurğulayıb.

Избранный
26
turkic.world

1Источники