RU

Şimali Koreya Cənubi Koreya ilə bütün yollarını bağlayacaq

Şimali Koreya hərbçiləri bu gündən etibarən Cənubi Koreya ilə əlaqəli bütün avtomobil və dəmir yollarını bağlayacaqlarını açıqlayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şimali Koreya Xalq Ordusunun Baş Qərargahının yaydığı bəyanatda deyilir.

“Koreya yarımadasındakı kəskin hərbi vəziyyət ordumuzdan dövlətin təhlükəsizliyini daha etibarlı şəkildə qorumaq üçün daha qətiyyətli və güclü tədbirlər görməyi tələb edir. Bu gün Cənubi Koreya ilə əlaqəli avtomobil və dəmir yollarının tamamilə bağlanması və tərəfimizdəki müvafiq ərazilərin güclü müdafiə strukturları ilə gücləndirilməsi layihəsinə start veriləcək”, - bəyanatda deyilir.

 

Gözəl Həşimova

Избранный
20
iqtisadiyyat.az

1Источники