RU

Klopp Almaniya millisinə rəhbərlik edə bilər


“Borussia Dortmund” və “Liverpul” klublarının keçmiş baş məşqçisi Yurgen Klopp gələcəkdə Almaniya millisinə rəhbərlik edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist və insayder Kristian Falk “X” sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Klopp “Red Bull”la yeni qlobal futbol əməliyyatları rəhbəri kimi müqavilə imzalayəb. Ancaq bununla belə, almaniyalı müqavilədə onun Almaniya millisinin baş məşqçisi postuna getməsinə imkan verən maddə də öz əksini tapıb.
Kloppun yeni vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-də başlayacağı gözlənilir.
Qeyd edək ki, Yurgen ötən mövsüm başa çatdıqdan sonra “Liverpul” klubunu tərk edib. Alman mütəxəssisin özünün də etiraf etdiyi kimi, gələn il o, futbol fəaliyyətinə fasilə verməyi planlaşdırıb.
Xatırladaq ki, Klopp peşəkar məşqçilik karyerasına “Maynts” klubunda başlayıb. O, “Borussiya”da çalışarkən dünya şöhrəti qazanıb. Almaniyalı “Liverpul”la Çempionlar Liqası, Premyer Liqa və digər kubokları qazanıb.
Избранный
9
yeniavaz.com

1Источники