RU

Ulduz futbolçu Bakıya gəlir

Dünya futbolunun ulduzlarından olan türk əsilli Məsut Özil Bakıya gəlir.

Modern.az xəbər verir ki, səfərin təşkilatçısı “Qarabağ” Futbol Klubudur.

Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir:

“Dəyərli azarkeşlərimiz!

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq! 

Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın! 

Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir! 

Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun Arena”da başlayacaq. 

Giriş sərbəstdir”.

“Qarabağ” bütün futbolsevərləri stadionununa dəvət edib.

Избранный
7
5
modern.az

7Источники