RU

Viktor Orbana hücum olub

Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentində çıxış edən zaman ona qarşı hücum olub.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan Demokratik Koalisiyası partiyasının gənclər qanadının üzvü Marton Gekitski Orbanın çıxışı zamanı iclas zalına qaçıb. 

Bildirilir ki, gənc Orbandan Macarıstana və Avropa İttifaqına (Aİ) xəyanət etdiyinə görə Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpindən nə qədər pul aldığını soruşub.

Məlumata görə, təhlükəsizlik əməkdaşları Macarıstanın baş naziri ilə görüşməyə gedən gənci saxlayıblar. Orban fəalın zaldan çıxarılmasını gözləyərək çıxışını qısa müddətə dayandırıb, daha sonra çıxışına davam edib.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
14
missiya.az

1Источники