RU

Mərkəzi icra hakimiyyəti orqanlarınının stasionar və qaynar xətlərinin fəaliyyətinin qiymətləndirilməsi

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.

Monitorinqin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məxsus stasionar əlaqə vasitəsinə (qaynar xətti yoxdur) günün birinci və ikinci yarısında edilən zənglərin əhəmiyyətli hissəsinə - 77.3%-nə cavab verilib, 22.7%-nə cavab verilməyib.Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 23 saniyə, günün ikinci yarısında 22 saniyə olub.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin qaynar xətti üzrə (stasionar nömrəsi yoxdur)günün birinci və ikinci yarısında edilən bütün zənglərə yüksək operativliklə cavab verilib. Başqa sözlə ifadə etsək, monitorinq müddətində nazirliyin qaynar xətti üzrə cavabsız zəng qeydə alınmayıb. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 10 saniyə, günün ikinci yarısında 13 saniyə olub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin stasionar nömrəsinə günün birinci və ikinci yarısında edilən zənglərin 54.5%-nə cavab verilib, 45.5%-nə cavab verilməyib.Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 10 saniyə, günün ikinci yarısında 3 saniyə olub.

Qaynar xəttə günün birinci və ikinci yarısında edilən zənglərin 36.4%-i cavablandırılıb, 63.6%-i cavablandırılmayıb. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 10 saniyə, günün ikinci yarısında 4 saniyə təşkil edib.

Monitorinq müddətində Azərbaycan Respublikasının Energetika Nazirliyinə məxsus stasionar nömrələr üzrə günün birinci və ikinci yarısında edilən zənglərin 95.5%-nə cavab verilib, 4.5%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 9 saniyə, günün ikinci yarısında 12 saniyə olub.

Qaynar xətt üzrə günün birinci və ikinci yarısında cavab verilmiş zənglər 95.5%, cavab verilməmiş zənglər 4.5% cavab verilib.Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 12 saniyə, günün ikinci yarısında 11 saniyə olub.

Избранный
17
32
publika.az

10Источники