Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasının qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayıilin əvvəli ilə müqayisədə 1,7 dəfə və yaxud 4 712 vahid artaraq 11 098-ə çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, ötən ilin əvvəlinə nisbətən isə artım 3,6 dəfə və yaxud 8 039 vahid olub.
Kəskin artım muxtar respublikada “Əmək münasibələrinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya”nın icrası nəticəsində baş verib.
Bundan başqa, bu ilin yanvar-sentyabr aylarında Naxçıvanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondunun məbləği 40,2 milyon manat olub ki, bu da illik müqayisədə 12 % çoxdur.