RU

Nazirlik: 9 ayda 496 min nəfərə sosial müavinət ödənilib

Nazirlik:

Bakı, 9 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 496 min nəfərə sosial müavinət, 400 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 800 milyon manat, Prezident təqaüdləri üzrə 511 milyon manat ödənilib.

Bu ilin 9 ayında 113 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 683 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 

Избранный
14
18
azertag.az

10Источники