RU

Bakı, Sumqayıt və Abşeronda pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub.

Bu barədə Qaynarinfo-ya Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Xatırladaq ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.
Избранный
10
49
qaynarinfo.az

10Источники