RU

Dünya ulduzu Bakıya gəlir – “Qarabağ” açıqladı

Futbol tarixinə qızıl hərflərlə yazılmış ulduz futbolçu Mesut Özil “Qarabağ” klubunun qonağı olacaq.

NOCOMMENT.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 11-də “Azersun Arena”da keçiriləcək açıq məşq zamanı Mesut Özil də iştirak edəcək.

Tədbir saat 16:30-da başlayacaq və hazırlıqdan sonra Özil, “Qarabağ”ın futbolçuları ilə üz-üzə gələcək. Şou xarakterli bu tədbirə giriş sərbəstdir və futbol azarkeşləri üçün əlamətdar bir gün olacaq.

Избранный
14
10
nocomment.az

10Источники