RU

Bu il neçə nəfərə sosial müavinət ödənilib?

Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 496 min nəfərə sosial müavinət, 400 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 800 milyon manat, Prezident təqaüdləri üzrə 511 milyon manat ödənilib.

Bu ilin 9 ayında 113 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 683 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

Избранный
18
18
bizim.media

10Источники