RU

Dünya ulduzu Bakıya gəlir –“Qarabağ” açıqladı

Futbol tarixinə qızıl hərflərlə yazılmış ulduz futbolçu Mesut Özil “Qarabağ” klubunun qonağı olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 11-də “Azersun Arena”da keçiriləcək açıq məşq zamanı Mesut Özil də iştirak edəcək.

Tədbir saat 16:30-da başlayacaq və hazırlıqdan sonra Özil, “Qarabağ”ın futbolçuları ilə üz-üzə gələcək. Şou xarakterli bu tədbirə giriş sərbəstdir və futbol azarkeşləri üçün əlamətdar bir gün olacaq.

Избранный
1563
10
medianews.az

10Источники