RU

Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi doğurdan da diplomatik qələbə kimi qəbul oluna bilər



MDB Dövlət Başçıları Şurasının iclasında Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi təbii ki sevindirici haldır. Özbəkistandan sonra indi də daha bir türk dövlətinin şəhərinə bu statusun verilməsi ikiqat sevindirici haldır.
Laçın şəhəri 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərimizdən biridir və işğal dövründə demək olar ki, tamamilə dağıdılmışdı. İndi isə Laçında olduqca böyük həcmli bərpa quruculuq, yenidənqurma işləri həyata keçirilir.

Laçının MDB Mədəniyyət paytaxtı seçilməsi burada keçiriləcək tədbirlərə üzv dövlətlərdən çoxlu sayda insanların gəlməsi demək olacaq. Bu isə öz növbəsində həm erməni işğalının nəticələrini hər kəsə göstərmək, həm də ərazilərimizidən işğaldan azad olunmasından sonra həyata keçirilən işlərin təqdimatı baxımından əla fürsətdir.
Məhz Laçının, yəni işğaldan azad olunmuş ərazidə olan bir şəhərin paytaxt seçilməsi üzv dövlətlərin Azərbaycana olan etimadının da göstəricisi sayıla bilər. Bu Qarabağ Azərbaycandır şüarının MDB liderləri çərçivəsində də rəsmi olaraq bəyan edilməsi deməkdir.

Təsadüfi deyil ki, bu qərarın qəbulundan dərhal sonra Ermənistanın siyasət və informasiya məkanında sanki bir çaxnaşma yaşanır. Paşinyanın da olduğu bir formatda belə bir qərarın verilməsi erməniləri əməlli başlı hiddətləndirib. Ermənistanda çoxlu sayda müstəqil ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxsləri belə MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi kimi təqdim edirlər. Və bu həqiqətən də belədir. Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi doğurdan da diplomatik qələbə kimi qəbul oluna bilər.

Yusif Bağırzadə, politoloq
Избранный
21
newscenter.az

1Источники