RU

Kloppun yeni iş yeri BƏLLİ OLDU

İngiltərənin "Liverpul" klubunun keçmiş baş məşqçisi Yurqen Klopp "Red Bull"un futbol departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat yayıb.

Məlumata görə, mütəxəssislə şirkət arasında müqavilə imzalanıb.

Klopp 2025-ci il yanvarın 1-də işə başlayacaq.

Qeyd olunur ki, Klopp Almaniya millisinə başçılıq etmək üçün dəvət alarsa, müqavilədə müqaviləyə vaxtından əvvəl xitam verilməsi variantı var.

Futbol departamentinin rəhbəri kimi mütəxəssis Almaniyanın “Leyptsiq”, Avstriyanın “Zalsburq”, ABŞ-dan "Nyu-York Red Bulls" və Braziliyanın “Red Bull” klublarının daxil olduğu "Red Bull" klublarının beynəlxalq şəbəkəsinin strateji idarəçiliyinə cavabdeh olacaq.

Избранный
3
1
operativmm.az

2Источники