RU

Məsut Özil bu həftə Bakıya gəlir - “Qarabağ” açıqladı

Karyerasını başa vurmuş dünya futbolunun ulduzlarından Məsut Özil Bakıya gəlir.

"Football-plus.az" xəbər verir ki, səfərin təşkilatçısı “Qarabağ”dı.

Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir:

“Dəyərli azarkeşlərimiz! Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq!Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın! Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir! Tədbir oktyabrın 11-i, saat 16.30-da “Azərsun Arena”da başlayacaq. Giriş sərbəstdi".

“Qarabağ” bütün futbolsevərləri stadionununa dəvət edib.

Избранный
6
5
football-plus.az

7Источники