RU

La Liqa klubunda baş məşqçi dəyişikliyi reallaşdı

İspaniyanın "Las Palmas" klubunun yeni baş məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 

Bir gün əvvəl istefaya göndərilən Luis Karrionu Dieqo Martines əvəz edib. Onunla mövsümün sonuna - 2025-ci ilin yayına qədər müddətə müqavilə imzalanıb.

Martinesin son iş yeri ötən il yarım mövsüm rəhbərlik etdiyi Yunanıstan "Olimpiakos"u olub. 43 yaşlı mütəxəssis daha əvvəl "Espanyol", "Qranada", "Osasuna" və digər klublarda çalışıb.

Qeyd edək ki, "Las Palmas" IX turdan sonra La Liqada 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Избранный
10
8
fanat.az

10Источники