RU

Millət vəkili: Qələbəmiz Paşinyanla bərabər bir sıra Qərb liderlərinin Ali Baş Komandanımıza şəxsi məğlubiyyətidir

Bugün Azərbaycan regionun əsas siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda, faktiki 3-cü Dünya müharibəsi getdiyi bir dövrdə dövlətimizin başçısı Azərbaycanı bu toqquşmalardan kənarda saxlamağı bacarıb. Ermənistandan fərqli olaraq, milli təhlükəsizliyimizi öz dövlətimiz təmin etməkdədir. Vətən Müharibəsi təkcə işğalçı üzərində qələbə deyildi. O, həm də, işğalçını həvəsləndirən bəzi siyasi liderlərin məğlubiyyəti idi. Bu, Ermənistanla bərabər bır sıra Qərb liderlərinin cənab Prezidentə şəxsi məğlubiyyəti idi.

ABŞ Senatının 60 nümayəndəsinin Enteni Blinkenə müraciəti ABŞ-ın ölkəmizə növbəti təzyiq cəhdi idi. Məktubda qeyd olunduğu kimi - COP29 kimi mötəbər tədbir bir fürsət kimi istifadə edilib. İnsan hüquqları və demokratiyadan təzyiq vasitəsi kimi istifadə etməyə çalışan ABŞ öz ölkəsində insan hüquqlarının boğulan səsindən niyə danışmır?

ABŞ-ın faktiki siyasi məhbusu olan Culian Assanj illərlə qeyri-insani işgəncələrə məruz qalıb. Azərbaycanı siyasi məhbuslarla bağlı ittiham edən ABŞ hökuməti özü söz və məlumat azadlığına hücum edərək jurnalist Julian Assanjın bir sıra absurd ittihamlarla həbsinə nail olub. İsveçdə həbs olunan Assanjın ABŞ-a ekstradisiya olunmasına çalışıb. Assanj 2012-2019-cu illər arasında Ekvador səfirliyində təcrid şəraitində yaşamaq məcburiyyətində qalıb. Onun fiziki və psixoloji sağlamlığına ciddi ziyan vurulub. Beynəlxalq hüquq müdafiəçiləri bu təcrid şəraitini qeyri-insani hesab edirlər və ona "psixoloji işgəncə" verilib. ABŞ, Assanjı "Casusluq Aktı" ilə ittiham edir və onu 175 ilədək həbs cəzası gözləyir.

Bir çox insan haqları və jurnalistika təşkilatları bu ittihamların söz azadlığını boğmağa xidmət etdiyini bildirir. BMT-nin xüsusi məruzəçiləri Culian Assanjın məruz qaldığı rəftarın qeyri-insani olduğunu və onun siyasi məqsədlərlə təqib edildiyini bildirirlər. İnsan hüquqlarını kobud şəkildə pozan və azad mətbuatı susduran ABŞ digər ölkələrin daxili işinə qarışır, müharibə cinayətkarlarının, soyqırım törədənlərin, etnik təmizləmə aparanların, insanlığa zidd olan əməllər törədən canilərin azad edilməsinə çağırışmı edir?

Qarabağ məsələsi çoxdan həll edilib. Fəaliyyətsiz Minsk qrupunun qalıqlarına süni nəfəs vermək nəticəsiz qalacaq. Vətən Müharibəsindən sonra Paşinyan hesab etdi ki, Ermənistana yeni qarant qüvvə lazımdı və bu vaxta qədər Ermənistan hökumətinin həyata keçirdiyi siyasət artıq işləmir.  Ona görə Fransa və ABŞ-ı fərqli ampulada Ermənistanda, Azərbaycanla sərhədə qaytarmaq istəyir. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycana heç kəs heç nəyi diktə edə bilməz. Ölkəmiz tarixin sınaqlarından üzüağ çıxdığı kimi, Qərbin Ermənistanı gücləndirməsi sınağından da qalib kimi çıxacaq.

Milli Məclisin 43 deputatı ilə birgə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramova müraciət edib ABŞ-la ölkəmiz arasında münasibətləri yenidən nəzərdən keçirməyi xahiş etmişik. Dövlətimiz öz daxili imkanları hesabına güclənmək potensiala malikdir və bizim Qərbin məqsədli dəstəyinə ehtiyacımız yoxdur. Uduzan Azərbaycan ictimaiyyətinin gözündə nüfuzuna ciddi ziyan dəyən Qərb olacaq.

Pərvanə Vəliyeva 
Milli Məclisin deputatı

 

Избранный
11
2
qht.az

6Источники