RU

Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 59 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 462 851 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Bu barədə "Operativ Media"ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58,7 % çoxdur.

Hesabat dövründə "ASAN İmza" 286 973 müraciət üzrə təqdim olunub ki, bu da, illik müqayisədə 49,7 % çoxdur.

Избранный
10
3
operativmedia.az

5Источники